525.Az

F.Köçərli adına kitabxana Beynəlxalq Kitab Sərgisində tədbirlərə start verib


 

F.Köçərli adına kitabxana Beynəlxalq Kitab Sərgisində tədbirlərə start verib<b style="color:red"></b>

5-9 oktyabr tarixlərində Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin  təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində F. Köçərli adına Respublika Uşaq Kitabxanası kitab təqdimatları ilə iştirak edir. 

525.az xəbər verir ki, 7 oktyabrda sərginin  “Təhsil” Nəşriyyatının stendində uşaq yazarı Raziyyə Rəhimzadənin rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabının imza günü keçirilib. Kitab, Köçərli adına Respublika Uşaq Kitabxanasının və  “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin birgə əməkdaşlığı çərçivəsində nəşr olunub. 

Yazıçı Raziyyə Rəhimzadənin kitabda  11 hekayəsi yer alıb. Kitabda "Yer planeti hələ çox gənc olanda" kökləri dərin, tarixdən əvvəlki antik dövrü əhatə edən əfsanə, digər mif və əfsanələr, palçıq vulkanları haqqında əfsanələr, muğam, bülbül, qızılgül, çobanyastığı, güvə, Atəşgah, Xəzri və Gilavar, Qız qalası və s., müəllifin orijinal, maraqlı təfsiri ilə təqdim edilmişdir.

Raziyyə Rəhimzadənin bundan başqa uşaqlar üçün hekayə və əhvalatlardan ibarət “Zəfəran qəsəbəsinin tarixi” adlı kitabı rus dilində nəşr olunmuşdur.

Kitabın  naşiri Tural Axundov,  redaktoru Elşadə Əzizova,  rəssamı Nigar Mustafayevadır.

Qeyd edək ki, sərgi çərçivəsində keçirilən kitab təqdimatının əsas məqsədi  uşaqların intellektual inkişafında kitabın rolunu qeyd etmək, onları mütaliəyə həvəsləndirməkdir.

 





08.10.2022    çap et  çap et