525.Az

Ukraynada Rusiya tərəfdən döyüşən erməniəsilli komandir öldürülüb


 

Ukraynada Rusiya tərəfdən döyüşən erməniəsilli komandir öldürülüb<b style="color:red"></b>

Ukrayna müharibəsində Rusiya tərəfdən döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan öldürülüb.

525.az xəbər verir ki, bunu “Senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov feysbukda yazıb.

O bildirib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.

X. Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper rotasının komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib.

Qeyd edək ki, Yuri Butusov məlumatı Rusiya tərəfinin təsdiq etdiyini də qeyd edib.

 





08.10.2022    çap et  çap et