525.Az

"Şərqi Mərkəzi Azəri" layihəsinin beynəlxalq sığortaçısı məlum olub


 

"Şərqi Mərkəzi Azəri" layihəsinin beynəlxalq sığortaçısı məlum olub<b style="color:red"></b>

Azəri-Çıraq-Günəşli yatağına daxil olan "Şərqi Mərkəzi Azəri" (ACE) layihəsinin sığortaçısı məlum olub. 2024-cü ilin əvvəlindən etibarən neft hasilatına başlanılacaq ACE platforması beynəlxalq sığorta şirkəti "Price Forbes" tərəfindən sığortalanıb.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, BP beynəlxalq sığorta strategiyasına uyğun olaraq risklərin sığortalanması üçün icazə alıb və ACE layihəsinin bütün tərəfdaşları risklərdən sığortalanmaqda maraqlıdır.

Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Price Forbes" 1893-cü ildə yaradılıb. Qlobal sığorta bazarının oyunçularından olan sığorta brokeri dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.

 





08.10.2022    çap et  çap et