525.Az

Aİ ruslara kriptovalyuta bazarını qadağan edib


 

Aİ ruslara kriptovalyuta bazarını qadağan edib<b style="color:red"></b>

Avropa İttifaqı sanksiyaların səkkizinci mərhələsi çərçivəsində ruslara kriptovalyuta xidmətlərinin göstərilməsinə hərtərəfli qadağa qoyub. Yeni tədbir aprel ayından bəri tətbiq edilən məhdudiyyətləri artırır.

525.az "The Guardian"a istinadən xəbər verir ki, Avropa Komissiyasının saytında dərc olunmuş məlumatda: "Kripto aktivlərə qarşı mövcud qadağalar, pul kisəsinin ölçüsündən asılı olmayaraq bütün kripto-aktiv pul kisələri, hesablar və ya saxlama xidmətlərini qadağan etməklə (əvvəllər 10 min avroya qədər icazə verilmişdi) sərtləşdirilib"- qeyd edilib. 

Qeyd edək ki, bu ilin əvvəlində "Visa" və "Mastercard" Rusiya bazarını tərk etdikdən və bəzi bankların SWIFT-lə əlaqəsi kəsildikdən sonra kriptovalyutalar, xüsusən də "stabilcoin USDT" rusların xaricə pul köçürməsinin ən populyar üsullarından birinə çevrilib.

Məhəmməd Tağıyev

 





08.10.2022    çap et  çap et