525.Az

Bu il Azərbaycanda narkotiklə əlaqəli 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib


 

Bu il Azərbaycanda narkotiklə əlaqəli 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib<b style="color:red"></b>

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.

 





08.10.2022    çap et  çap et