525.Az

Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb


 

Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdam və Beyləqanda müıki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan 525.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 





08.10.2022    çap et  çap et