525.Az

Praqa görüşü və nəticələr - Sülh yolunda önəmli addım


 

Praqa görüşü və nəticələr - Sülh yolunda önəmli addım<b style="color:red"></b>

6 oktyabr tarixində Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü xüsusi əhəmiyyət daşıyırdı. Təbii ki, bu görüş mühüm sənədlərin imzalanması ilə tarixə düşdü. Digər tərəfdən görüşü Azərbaycanın Avropa İttifaqı ilə bir sıra istiqamətlərdə fəal əməkdaşlığı baxımından dəyərləndirmək olar. Bu əməkdaşlığa İlk növbədə enerji sahəsini misal göstərə bilərik.

Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə  bilərik. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Məlum olduğu kimi, Avropa İttifaqı ölkələri həm də bizim üçün əsas ticarət tərəfdaşlarımızdır. Artıq ölkəmizin geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Artıq uzun yeni saziş üzərində iş aparılırdı və sazişin böyük əksəriyyəti artıq razılaşdırılmıdı. 6 oktyabr görüşünün yekununda qəbul olunan bəyanat isə rəsmi Bakının növbəti diplomatik qələbəsi sayılmalıdır. Deyə bilərik ki, Praqa görüşündə Azərbaycan istəyinə nail olub.  Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub. Sənəddə BMT Nizamnaməsi asas götürülüb. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib.

 

Praqa görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb.Bu da Azərbaycanın maraqlarına cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olunub. Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazanmasını tam əminliklə söyləyə bilərik. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Bunun da reallaşması üçün müvafiq addımlar atılır.

Doğrudur, görüş zamanı Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın bir sıra başqa niyyətləri var idi. Hətta onların Azərbaycana müəyyən təzyiq cəhdləri də istisna deyildi. Ancaq bu görüş zamanı onlar məqsədlərinə nail ola bilmədilər. Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində beş saatdan artıq çəkən, iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı alındı. Sonda isə bəyanat qəbul olundu.

Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru inamla addımlayır.Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli mövqe ortaya qoyur və nəticələr əldə edir. Güman edirəm ki, münasibətlər bu templə davam etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

 

 

 

 

 

 





09.10.2022    çap et  çap et