525.Az

Bakı-Ankara reysini yerinə yetirən təyyarə geri qayıdıb


 

Bakı-Ankara reysini yerinə yetirən təyyarə geri qayıdıb<b style="color:red"></b>

"Buta Airways" brendi ilə Bakı-Ankara J2-9003 reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

525.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

 





09.10.2022    çap et  çap et