525.Az

Suriyada döyüşən 5 Azərbaycan vətəndaşı həbs edilib


 

Suriyada döyüşən 5 Azərbaycan vətəndaşı həbs edilib<b style="color:red"></b>

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.
 
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər.  
 
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

 





17.06.2014    çap et  çap et