Rusiya prezidenti Vladimir Putin Kerç körpüsündə baş verən partlayışdan sonra Kerç boğazında tədbirlərin artırılması haqqında fərman imzalayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Rusiya ilə Krım yarımadasını birləşdirən Kerç körpüsündəki partlayışdan sonra Rusiya prezidenti Vladimir Putin Kerç körpüsünün keçdiyi Kerç boğazında tədbirlərin artırılması haqqında fərman imzalayıb. “Elektrik enerjisi və təbii qazla təmin olunan obyektlərdə tədbirlər artırılsın” Kremldən verilən yazılı açıqlamada, Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından nəqliyyat keçidinin, Rusiya Federasiyası ilə Krım yarımadası arasındakı elektrik şəbəkəsi körpüsünün və Krasnodar arasındakı təbii qaz boru kəmərinin qorunması üçün tədbirlərin artırılmasına dair fərman imzalayıb.
Putinin imzaladığı fərmana uyğun olaraq, Kerç boğazında tədbirlərin artırılmasının təşkilinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçiriləcəyi bildirilib.
Malik Atilay
çap et