Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, istedadlı bəstəkar Ruhəngiz xanım Qasımova ömrünün 82-ci ilində vəfat edib.
525.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.
Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi.
çap et