İstanbulda binada baş verən partlayışda 3 nəfər ölüb.
525.az NTV-ə istinadən xəbər verir ki,hadisəyə səbəb qaz sızması olub.
Partlayışdan sonra binada güclü yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri göndərilib.
Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb. Qruplar binada soyutma işlərinə başlayıb.
***
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.
525.az xəbər verir ki, partlayış nəticəsində yaranan yanğından sonra alov bitişik iki binaya da keçib.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.
çap et