525.Az

Kəlbəcər və Daşkəsəndə yeni aşkarlanan 153 mina zərərsizləşdirilib - Foto


 

Kəlbəcər və Daşkəsəndə yeni aşkarlanan 153 mina zərərsizləşdirilib - <b style="color:red">Foto</b>


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 





10.10.2022    çap et  çap et