525.Az

Vətən müharibəsindən sonra mina partlayışlarında həlak olan və yaralanan hərbçilərimizin sayı açıqlanıb


 

Vətən müharibəsindən sonra mina partlayışlarında həlak olan və yaralanan hərbçilərimizin sayı açıqlanıb<b style="color:red"></b>

“Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.

525.az-ın xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov bildirib.

Elşad Əbilov qeyd edib ki, bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb.

 





10.10.2022    çap et  çap et