525.Az

“Mən Şuşanı çəkirəm” sərgisi və “Şuşa tarixin obyektivində” kitabının təqdimatı olub


 

“Mən Şuşanı çəkirəm” sərgisi və “Şuşa tarixin obyektivində” kitabının təqdimatı olub<b style="color:red"></b>

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Təhsil” nəşriyyatının tərəfdaşlığı ilə “Mən Şuşanı çəkirəm” adlı virtual rəsm sərgisi və  Tural Axundovun “Şuşa tarixin obyektivində” kitabının təqdimatını keçirib.

525.az xəbər verir ki, tədbir başlamazdan öncə Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Təqdimatda Yuri Kovalyov adına 229 nömrəli məktəbin şagirdlərinin ifasında Şuşaya həsr olunan kompozisiya təqdim olunub və Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında muğam və təsniflər səsləndirilib.

Müəllif Tural Axundov çıxışında “Şuşa tarixin obyektivində” kitabı haqqında məlumat verərək kitabın 3 hissədən - Şuşanın dünəni, bugünü və sabahı hissələrindən ibarət olduğunu qeyd edib. Daha sonra yazıçı, publisist Mustafa Çəmənli kitabın mahiyyəti haqqında danışıb.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Şuşa İli” çərçivəsində məktəblilər arasında keçirilən rəsm müsabiqəsi haqqında məlumat verərək virtual sərgidə 201 nömrəli “Palitra Art” studiyasının 21 şagirdinin 63 rəsminin yer aldığını qeyd edib.

Studiyanın rəhbəri rəssam Asəf Kərimov çıxışında belə vacib sərgilər zamanı təqdimatların keçirilməsinin vacibliyini xüsusi qeyd edərək bu cür layihələrin uşaqlara stimul verəcəyini qeyd edib.

 





10.10.2022    çap et  çap et