525.Az

Ukraynaya 1,3 milyard dollarlıq təcili maliyyə dəstəyi


 

Ukraynaya 1,3 milyard dollarlıq təcili maliyyə dəstəyi<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni "Qida şoku pəncərəsi" çərçivəsində Ukraynaya 1,3 milyard dollar maliyyə dəstəyini təsdiqləyib. BVF-nin verdiyi açıqlamada Ukrayna iqtisadiyyatının 2022-ci ildə 35 faiz daralacağının gözlənildiyi bildirilib.

525.az "NBC News"a istinadən xəbər verir ki, BVF-nin verdiyi açıqlamaya görə, fondun İcraçı Direktorlar Şurası Ukraynaya təcili maliyyə dəstəyini təsdiqləyib. Açıqlamada qeyd olunub ki, Ukraynanın təcili ödəmə balansı ehtiyaclarının ödənilməsinə kömək etmək üçün yeni "Qida şoku pəncərəsi" çərçivəsində ölkəyə 1,3 milyard dollar ödəniləcək. Rusiyanın Ukraynada başlatdığı müharibədən 7 aydan çox vaxt keçdiyini xatırladan bəyanatda müharibənin insan və iqtisadi itkilərinin çox böyük olduğu, bunun böyük, təcili maliyyə və xarici maliyyə ehtiyaclarını da gətirdiyi vurğulanıb. Əhalinin kütləvi şəkildə köçürüldüyü, mənzil və əsas infrastrukturun dağıldığı bir mühitdə Ukrayna iqtisadiyyatının 2022-ci ildə 35 faiz daralmasının gözlənildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Ukrayna hakimiyyəti son dərəcə çətin şəraitdə əhəmiyyətli makro-maliyyə sabitliyini təmin etdiyinə görə təqdir olunmalıdır. BVF-nin İcraçı Direktorlar Şurası oktyabrın 5-də fövqəladə maliyyələşdirmə alətləri çərçivəsində "Qida şoku pəncərəsi" proqramını təsdiqləyib.

Qeyd edək ki, fond bildirib ki, yeni maliyyələşdirmə pəncərəsi qlobal ərzaq böhranı ilə bağlı təcili ödəniş balansı ehtiyacları ilə üzləşən ölkələr üçün təcili maliyyələşdirməyə əlavə çıxış təmin edəcək.

Məhəmməd Tağıyev

 





10.10.2022    çap et  çap et