525.Az

"Olimpiya Mədəniyyəti və Təhsili Proqramı" ilə bağlı görüş


 

"Olimpiya Mədəniyyəti və Təhsili Proqramı" ilə bağlı görüş<b style="color:red"></b>

Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Mədəniyyəti və Təhsili Proqramı" (OCEP) ilə bağlı görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov, MOK-un Marketinq departamentinin direktoru Səkinə Vəliyeva və Beynəlxalq Proqramlar Komissiyasının məsləhətçisi Ceyhun Rəhmanov, proqram çərçivəsində qardaşlaşmış məktəblər konseptinə qoşulan 56 təhsil müəssisəsinin direktoru iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirib. M.Vəliyeva, həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən bəhs edib. İdarə müdiri 2022-2023-cü tədris ili ərzində təhsil müəssisələrində OCEP çərçivəsində görüləcək işlər barədə də danışıb.

Görüşdə çıxış edənlər OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti və idmanını ölkəmizdə təbliğindəki rolundan bəhs ediblər.

Bakı-2019 Avropa Gənclər Olimpiya festivalı ilə bağlı fəaliyyətə başlayan “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı" çərçivəsində keçirilən görüşdə OCEP-in 2019-cu ildən etibarən fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Sevinc Qarayeva

 

 





10.10.2022    çap et  çap et