525.Az

“AMAY” rəhbərinin şikayəti təmin olunmadı


 

“AMAY” rəhbərinin şikayəti təmin olunmadı<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin apellyasiya şikayətinə baxılıb.
 
Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A. Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.
 
A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir.

 





17.06.2014    çap et  çap et