525.Az

“Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib”


 

“Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib” <b style="color:red"></b>

“Praqa sammitində də diqqəti çəkən əsas məqamlardan biri də qardaş Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi söhbətləri oldu. Məhz bu səbəbdən də sosial media tədbirdən bu münasibətlərə xüsusi yer ayırdı. Münasibətlər iki ölkə arasındakı iqtisadi əlaqələrdə də özünü göstərməkdədir. Bu ilin ilk 7 ayında Azərbaycan ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 3 milyard 376 milyon dollar olub. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 26.0 faiz artım deməkdir. Ötən ilin ilk 7 ayında dövriyyə 2.5 milyard dollar olmuşdu. Bütövlükdə, 2021-ci ildə iki ölkə arasındakı 4.661 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb”.

525.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki Azərbaycan Türkiyə, bötüvlükdə Türk dövlətləri arasında iqtisadi əlaqlərinin daha da güclənməsinə gətirib çıxaracaq. Regiondakı yeni düzən və dəyişikliklər Türk dünyası üçün də yeni imkanlar deməkdir”.

Sevinc Qarayeva

 





10.10.2022    çap et  çap et