525.Az

Beynəlxalq STEAM müsabiqəsi təşkil olunacaq


 

Beynəlxalq STEAM müsabiqəsi təşkil olunacaq<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn STEAM müsabiqəsi təşkil olunacaq.

Elm və Təshil Nazirliyinin mətbuat xidmətindən 525.az -a verilən xəbərə görə, müsabiqəyə 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər.

Müsabiqə 2 mərhələdə olmaqla “Let’s MOD” platforması üzərindən həyata keçiriləcək.

Şagirdlər [email protected] ünvanına müraciət edərək müsabiqə ilə bağlı geniş məlumat əldə edə bilərlər.

“Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır. “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

Sevinc Qarayeva

 





10.10.2022    çap et  çap et