525.Az

Ukrayna və Britaniya XİN başçıları Rusiyanın terrorçu dövlət kimi tanınmasını müzakirə ediblər


 

Ukrayna və Britaniya XİN başçıları Rusiyanın terrorçu dövlət kimi tanınmasını müzakirə ediblər<b style="color:red"></b>

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Kuleba tviterdə yazıb.

O bildirib ki, Britaniya Ukraynaya dəstəyini gücləndirəcək.

“Bizə hava hücumundan müdafiə sistemlərinin lazım olduğunu, Rusiyanın terrorçu dövlət kimi tanınmasının zəruriliyini diqqətə çatdırdım. Ukrayna Rusiyanın raket zərbələrinə müqavimət göstərəcək”, - nazir yazıb.

Kuleba bildirib ki, heç nə Ukraynanın iradəsini sındıra bilməz.

 





10.10.2022    çap et  çap et