525.Az

Müəllimlərin imtahanının cavabı bu həftə açıqlanacaq


 

Müəllimlərin imtahanının cavabı bu həftə açıqlanacaq<b style="color:red"></b>

“Ümumilikdə, 30072 müəllimdən 29000 müəllim Sınaq Qiymətləndirilməsində iştirak edib. Nəticələrin bu həftə ərzində açıqlanması nəzərdə tutulub. Üzrlü səbəbdən iştirak etməyən müəllimlər üçün sınaq qiymətləndirilməsinin tarixi təhlildən sonra müəyyən ediləcək”.

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb.

 





17.06.2014    çap et  çap et