Azərbaycan Silahlı Qüvvələri Türkiyədən yeni Artilleriya Atış Simulyatoru (AFOS) almaq niyyətindədir.
Bu barədə APA-ya HAVELSAN şirkətinin baş direktoru Sadiq Yamac məlumat verib.
S. Yamacın sözlərinə görə, 2010-cu ildə Türkiyə Milli Müdafiə Nazirliyinin maliyyəsi ilə AFOS komplekti istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin təlim mərkəzində qurulub.
«Hazırda Azərbaycan tərəfi simulyatorların sayını artırmaq və ordu korpuslarının təlim mərkəzlərində də qurmaq istəyir. Bununla bağlı müzakirələrimiz davam edir», - deyə S. Yamac vurğulayıb.
Qeyd edək ki, hazırda AFOS regionda Azərbaycan, Gürcüstan və Türkmənistan Silahlı Qüvvələrində istifadə olunur.
çap et