525.Az

Bakıda bir nəfər dənizdə batıb, iki nəfər isə xilas edilib


 

Bakıda bir nəfər dənizdə batıb, iki nəfər isə xilas edilib<b style="color:red"></b>

Bakıda daha bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində və Qaradağ rayonunda “Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
 
Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Əli Ramin oğlu Səlimov batıb.  Ə.Səlimovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 





17.06.2014    çap et  çap et