525.Az

İranda uşaqların öldürüldüyü iddia olunur, tətillər davam edir


 

İranda uşaqların öldürüldüyü iddia olunur, tətillər davam edir<b style="color:red"></b>

İranda Mahsa Əmini adlı gənc qızın ölümündən sonra başlayan etirazlar orta və ali məktəblərdən də yan keçməyib. Təhlükəsizlik qüvvələrinin bəzilərinin nömrəsiz avtomobillərlə məktəblərə gələrək şagirdləri və tələbələri saxladığı bildirilib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, İranda yerləşən Norveç mərkəzli “Hengaw” insan haqları qrupu, müdaxilə zamanı polisin etirazçılara atəş açdığını və iki nəfəri öldürdüyünü iddia edərək, bu günə qədər etirazlarda 18 yaşından kiçik 18 nəfərin həyatını itirdiyini açıqlayıb. 

İran İnsan Haqları təşkilatı isə qarşıdurmada indiyədək 19-u uşaq olmaqla ən azı 185 nəfərin həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən, müxalif İran mətbuatında yer alan xəbərlərə görə, dünən Buşehr vilayətinin Aseluye şəhərindəki Abadan Neft Emalı Zavodunda bəzi işçilər etirazlara dəstək vermək üçün tətilə başlayıblar.

İşçilərin obyektə gedən yolu bağladığı və tar (qarayağ) çəlləklərini yandırdıqları video görüntülər sosial mediada paylaşılıb. Subpodratlı Neftçilərin Etirazlarının Təşkilat Şurası da Telegram vasitəsilə bütün neft-kimya işçilərini ölkə miqyasında tətil etməyə çağırıb.

Sevil Seymur

 





11.10.2022    çap et  çap et