"Şimal axını 2" layihəsinin icraçı şirkəti olan "Nord Stream 2 AG" şirkətinin verdiyi açıqlamaya görə, "Şimal axını 2"nin B xəttindəki təzyiq ehtiyat məqsədilə azaldılıb.
525.az xəbər verir ki, şirkətin bəyanatında: "Gələcək addımlar kəmərlərin araşdırılması və aidiyyəti dövlət qurumları ilə aparılan müzakirələrin nəticələrinə əsasən müəyyən ediləcək" - deyilir. Sentyabrın 26-da baş verən partlayışlar nəticəsində "Şimal axını 1"in iki xətti və "Şimal axını 2"nin A xəttində təzyiq azalmış, təbii qaz sızması yaşanmışdı.
Qeyd edək ki, Rusiya və bir çox Qərb ölkələri hadisələri "təxribat" kimi qiymətləndirib.

Məhəmməd Tağıyev
çap et