525.Az

Baş prokuror Kamran Əliyev Gəncədə raket atəşinə tutulan əraziyə baş çəkib - Yenilənib


 

Baş prokuror Kamran Əliyev Gəncədə raket atəşinə tutulan əraziyə baş çəkib - <b style="color:red">Yenilənib</b>

Baş prokuror Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.

525.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə gedib.

Orada şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstəsi qoyub.

***
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.

525.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə şəhərində səfərdədir. O, Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkəcək.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər və Kəlbəcər, Samux, Göygöl rayon üzrə vətəndaşları qəbul edəcək.

 





12.10.2022    çap et  çap et