525.Az

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək


 

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək<b style="color:red"></b>

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) kompüter əsaslı növbəti “GRE: General Test” oktyabrın 13-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Mərkəzdən 525.az-a bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

“GRE General Test” imtahanı haqqında ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.

 





12.10.2022    çap et  çap et