525.Az

Azərbaycan Moldovada torpaq icarəyə götürmək istəyir


 

 Azərbaycan Moldovada torpaq icarəyə götürmək istəyir<b style="color:red"></b>

Azərbaycan taxıl bitkilərinin əkini üçün Moldovada ərazi icarə götürməkdə maraqlıdır.

525.az xəbər verir ki, bununla bağlı məsələ Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 4-cü iclasında müzakirə edilib.

“Xüsusilə Moldovada torpaq icarəyə götürməklə ərzaq buğdası və digər dənli bitkilərin (soya, günəbaxan) istehsalı və ixracı imkanlarını nəzərdən keçirə biləcəyi ilə bağlı məsələ müzakirə edilib”, - deyə bildirilir.

Qeyd edək ki, məlumatı "İnterfax-Azərbaycan" yayıb.

 





12.10.2022    çap et  çap et