525.Az

Belçika qalib gəldi, Braziliya və Rusiya xal itirdi


 

Belçika qalib gəldi, Braziliya və Rusiya xal itirdi<b style="color:red"></b>

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçirilib.

H qrupunun ilk oyununda Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika millisi matçın 25-ci dəqiqəsində hesabda 0:1 geri düşməsinə baxmayaraq, yekun hesabda 2:1 hesablı əzmkar qələbə qazanıb. Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə tərəflər hərəyə bid dəfə fərqlənib - 1:1.

A qrupunda bir oyun keçirilib. İlk turda qələbə qazanan Braziliya və Meksika yığmaları qarşılaşıb. Görüşdə hesab açılmayıb.

 





18.06.2014    çap et  çap et