525.Az

Qətər əmiri Əl Sani və Zelenski telefonla danışıb


 

Qətər əmiri Əl Sani və Zelenski telefonla danışıb<b style="color:red"></b>

Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani Rusiya-Ukrayna müharibəsinin tərəflərini təmkin göstərməyə və münaqişəni dialoq və diplomatik vasitələrlə həll etməyə çağırıb.

525.az xəbər verir ki, Əl Sani ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Görüş zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub. Əl Sani bütün tərəfləri təmkinli olmağa, münaqişəni dialoq və diplomatik vasitələrlə həll etməyə və gərginliyi daha da artıracaq addımlar atmamağa çağırıb. Əmir, həmçinin: "Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq mübahisələrin sülh yolu ilə həllinə dair Birləşmiş Millətlər Təşkilatının konvensiyalarına hörmət edilməlidir", - deyib.

Məhəmməd Tağıyev

 





12.10.2022    çap et  çap et