525.Az

Rəşad Məcid BAMF-ı təbrik edib


 

Rəşad Məcid BAMF-ı təbrik edib<b style="color:red"></b>

Mətbuat Şurasının sədri Rəşad Məcid Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevi təşkilatın 30 illik yubileyi münasibətilə təbrik edib.

525.az xəbər verir ki, Rəşad Məcid açıqlamasında 30 il əvvəl Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasına şəxsən özünün şahidlik etdiyini qeyd edib.

“O zamanlar, yəni 1992-ci il çox gərgin bir dövr idi. Umud Mirzəyev dünyanın müxtəlif ölkələrindən olan jurnalistləri Azərbaycana dəvət edirdi. O, Almaniyadan və digər xarici ölkələrdən olan media nümayəndələrini Füzuliyə, cəbhə bölgələrinə aparırdı”, - deyə sədr bildirib.

R. Məcid, həmçinin BAMF-ın 30 illik böyük bir zəhmətin nəticəsi olduğunu da vurğulayıb: “Təşkilat bu illər ərzində Azərbaycan mətbuatının, medianın inkişafında böyük işlər görüb. Media təlimlərinin keçirilməsi, beynəlxalq qurumların informasiya kanallları, “Əl-Cəzirə” kimi məşhur media şəbəkəsinin Azərbaycana gətirilməsi,  regiondan verilişlər, çəkilişlər etmək heç də hər quruma müəssər olan uğur deyil. Eyni zamanda BAMF-ın beynəlxalq qurumlarla, habelə BMT ilə əlaqələri və QHT kimi uğurlu və geniş fəaliyyə göstərməyi də təqdirəlayiqdir. Mən Umud müəllimin tükənməz enerjisinin, vətənpərvərliyinin, dönməz və əzmkar mübarizəsinin dəfələrlə şahidi olmuşam”.

Sonda Mətbuat Şurasının sədri qeyd edib ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 yaşını qürurla, fəxrlə qeyd etməyə layiqdir: “Uzun illərdir Umud Mirzəyev Mətbuat Şurasının idarə heyətinin üzvü, sədr müavini olub. Onun şuradakı fəaliyyəti də böyük hörmətə layiqdir. Azərbayan Mətbuat Şurası BAMF-ın 30 yaşı münasibəti ilə BMT-də daxil, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarını layiqincə qoruduğuna, ölkəmizdə peşəkar media standartlarının tətbiqi istiqamətində səmərəli fəaliyyətinə görə qurumu diplomla təltif edir. Diplomu şəxsən hörmətli Umud müəllimə təqdim etmək istəyirəm. BAMF-da əməyi keçən hər kəsə təşəkkür edir və onları təbrik edirəm”.

 





12.10.2022    çap et  çap et