525.Az

“Elm və Təhsil Nazirliyi üçün qızların təhsili əsas prioritetlərdən biridir“ - Nazir


 

 “Elm və Təhsil Nazirliyi üçün qızların təhsili əsas prioritetlərdən biridir“ - <b style="color:red">Nazir</b>

“Qızların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Eyni zamanda, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur”.

525.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayeva deyib. Nazir qeyd edib ki, Azərbaycanda demək olar bütün qızlar ibtidai təhsillə təmin olunub.

Son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb:

“Dünya Bankının hesabatlarına baxsaq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün ən qısa yollardan biri qadınların iqtisadiyyata cəlb olunmasıdır. Elm və Təhsil Nazirliyi üçün qızların təhsili əsas prioritetlərdən biridir”.
 

Sevinc Qarayeva
 

 





12.10.2022    çap et  çap et