525.Az

Aİ ölkələri enerji idxalına 380 milyard avro xərcləyib


 

Aİ ölkələri enerji idxalına 380 milyard avro xərcləyib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel üzv ölkələrin bu ilin ilk yarısında 380 milyard avro enerji idxal etdiyini bildirib.

525.az xəbər verir ki, Mişel "Aİ-nin indi real Enerji Birliyinə ehtiyacı var" başlıqlı məqalə yazıb. Rusiya prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibə ilə Avropaya "enerji raketi" atdığını bildirən Mişel, Putinin Avropa iqtisadiyyatını məhv etmək, cəmiyyətini zəiflətmək və mənəviyyatsızlaşdırmaq istədiyini bildirib. Avropadakı ev təsərrüfatlarının və şirkətlərin son dərəcə yüksək enerji ödənişləri ilə üzləşdiyini xatırladan Mişel, "2022-ci ilin ilk yarısında Aİ-nin enerji idxalı təxminən 380 milyard avro təşkil etdi. Bu, adətən bir il üçün ödədiyimiz məbləğə yaxın bir məbləğdir", - deyə bildirib. 

Üzv dövlətlərin hökumətlərinin enerji böhranı qarşısında ev təsərrüfatlarını və müəssisələri qorumaq üçün dövlət xərclərini artırdıqlarını xatırladan Mişel, maliyyə səyinin hazırda yarım trilyon avro olduğunun təxmin edildiyini və sürətlə artdığını qeyd edib.

Məhəmməd Tağıyev

 





12.10.2022    çap et  çap et