525.Az

Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaradıb Yenilənib


 

Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaradıb <b style="color:red">Yenilənib</b> Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib.
 
Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.
 
***
10.34
Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.

APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb.
 
Qəza zamanı xəsarət alan olmayıb.
 





18.06.2014    çap et  çap et