525.Az

Media qadağası aradan qaldırılır


 

Media qadağası aradan qaldırılır<b style="color:red"></b>

Cənubi Koreya vətəndaşlarının Pxenyanın xəbər agentliklərinə giriş qadağasını sonlandırmağa hazırlaşır. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya öz vətəndaşlarının Şimali Koreya KİV-ə çıxışına icazə verməyə hazırlaşır. Bununla da Soyuq Müharibə dövründə Pxenyan naşirlərinin və qəzetlərinin yazdıqlarına baxmağı qeyri-qanuni edən qadağaya son qoyur. 

Cənubi Koreyanın Rabitə Nazirliyi, hökumət qurumları və qanunvericilərlə birlikdə Şimali Koreya mediasına tətbiq edilən qadağalara son qoymaq üçün prezident Yoon Suk-yeola hesabat təqdim edib. 

Qeyd edək ki, Cənubi Koreya vətəndaşları Şimali Koreya veb-saytlarına daxil olmaq üçün VPN və ya proxy serverlərdən istifadə etməklə qadağanı aşa bilirdilər. 

Malik Atilay

 





12.10.2022    çap et  çap et