525.Az

İranın keçmiş prezidentinin qızı həbs edilib


 

İranın keçmiş prezidentinin qızı həbs edilib<b style="color:red"></b>

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin həbsdə olan qızı Faize Haşimi "rejim əleyhinə fəaliyyət göstərmək" və "ictimai asayişi pozmaq" ittihamları ilə müvəqqəti həbs edilib.

525.az xəbər verir ki, sentyabrın 27-də İranda Məhsa Əmininin ölümü ilə başlayan nümayişləri dəstəklədiyi və qızışdırdığı üçün saxlanılan İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşimi həbs edilib. 

İran Ədliyyə Qurumunun sözçüsü Məsud Setayeşi verdiyi açıqlamada Haşiminin "rejimə qarşı hərəkət etmək" və "ictimai asayişi pozmaq" ittihamları ilə müvəqqəti həbs edildiyini bildirib. Haşiminin daha əvvəl rejim əleyhinə fəaliyyətinə görə 15 ay həbs cəzası aldığını qeyd edən Setayeşi, Haşiminin hazırda müvəqqəti həbs qərarı ilə saxlandığını, işin prokurorluqda olduğunu və məhkəməyə veriləcəyini bildirib.

Qeyd edək ki, Əmini etirazlarında son 3 gündə saxlanılan 1700 nəfər sərbəst buraxılıb.

Məhəmməd Tağıyev

 





12.10.2022    çap et  çap et