İran Ədliyyəsinin sözçüsü Məsud Setayeşi bildirib ki, Məhsa Əmini etirazlarında 400-ü paytaxt Tehranda saxlanılan təxminən 1700 nəfər azad edilib.
525.az xəbər verir ki, Ədliyyə sözçüsü Setayeşi paytaxt Tehranda keçirilən mətbuat konfransında 22 yaşlı Məhsa Əminin həbsdə ölməsindən sonra başlayan etirazlara toxunub. Tehranda etirazlar zamanı saxlanılanlardan 400-nün sərbəst buraxıldığını bildirən Setayeşi: "İstintaq mərhələsində 1700-ə yaxın adam sərbəst buraxıldı. Saxlanılanların sayı minimaldır və hələ də həbsdə olanlar xüsusi statuslu insanlardır", - deyib.
Etirazlarda indiyədək neçə nəfərin saxlanıldığı barədə dəqiq məlumat paylaşmayan Setayeşi, sentyabrın 30-da Cümə namazından sonra ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində baş verən hadisələrdə əli olan şəxslərin müəyyən edilərək həbs edildiyini bildirib.
Qeyd edək ki, dövlət televiziyasının xəbərinə görə, polis rəis müavini Kasım Rızayi nümayişlər zamanı indiyədək 3 polisin həyatını itirdiyini, 2000-dən çox polisin yaralandığını açıqlayıb.
Məhəmməd Tağıyev
çap et