525.Az

“No Smoking” film festivalının final gecəsi keçirilib


 

“No Smoking” film festivalının final gecəsi keçirilib<b style="color:red"></b> “Addım” Gənclər Təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə həyata keçirdiyi “No Smoking” film festivalının final gecəsi keçirilib.

Lent.az-ın məlumatına görə, gecəni giriş sözü ilə “Addım”ın təsisçiləri Eldar Qasımov və Hüseyn Cavadzadə açıblar. Çıxışdan dərhal sonra festivalın finalına vəsiqə qazanmış 18 film nümayiş olunub. Daha sonra münsiflərin “Ən yaxşı film”i müəyyənləşdirdiyi zaman səhnəyə ukraynalı müğənni Andrey Yurets çıxıb. 

Müğənni öz repertuarındakı mahnılarla bərabər, qonaqlar üçün məşhur " Səndən nigaranam" mahnısını ingilis dilində oxuyub. Ukraynalı müğənninin ifasından sonra münsiflərin səsverməsi əsasında festivalın baş mükafatı Elçin Telmanoğluna təqdim edilib. Qalibə mükafatı isə ötən il həmin müsabiqənin qalibi Nərmin Knyazlı təqdim edib.
 
 
 
Xatırladaq ki, festival çərçivəsində "Ən yaxşı rejissor" Elvin Abdullayev, "Ən yaxşı ssenari" Müşfiqə Hüseynli, " Ən yaxşı ideya" Cavanşir Eladisoy, "Ən yaxşı aktyor oyunu" Fidan Cəfərova, " Ən orijinal film" İbrahim Baxşıyevə qismət olub. Qaliblərə pul mükafatları verilib. Gecənin aparıcısı isə dj Valid Əliyev olub.
 





18.06.2014    çap et  çap et