525.Az

AYB qurultayının keçiriləcəyi vaxt və məkan dəqiqləşib


 

AYB qurultayının keçiriləcəyi vaxt və məkan dəqiqləşib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Bu barədə 525.az-a  Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Bildirilib ki, qurultay 26 oktyabr saat 10:00-da, Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

 

 





13.10.2022    çap et  çap et