525.Az

"Talantlı gəncləri ölkədə saxlamaq çətindir”


 

"Talantlı gəncləri ölkədə saxlamaq çətindir”<b style="color:red"></b>

“Ali təhsil almaq üçün xaricə üz tutan gənclərin sayı ildən ilə daha da artır. Ali məktəblərə qəbul imtahanında  600 baldan yuxarı nəticə göstərən gənclərin çox hissəsi xarici universitetlərə üstünlük verir. Belə bilikli, parlaq gənclərin çoxu bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar. Bunun qarşısını yalnız bir yolla almaq olar. Onlara beynəlxalq səviyyəli yüksək ali təhsil verməklə. Əks təqdirdə gənclər xaricə axın edəcək”.

Bunu 525.az-a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, hazırki vəziyyətlə çox talantlı gəncləri ölkədə saxlamaq çətindir. Ali təhsil almaq üçün xaricə üz tutan gənclərin çox hissəsi təhsil aldıqdan sonra getdiyi ölkədə də qalıb işləyir, geri qayıtmır. Biz bir növ öz parlaq və istedadlı gənclərimizi xaricə ərməağan etmiş oluruq:

“Millətin işıqlı şəxsiyyətlərini toplumdan qoparmaqla milləti qaranlığa qərq etmək olar.  Beyin axınını nəzərə alaraq, Elm və Təhsil Nazirliyi öz inkişaf konsepsiyasına yenidən baxmalı, ölkədə qalan gənclərə keyfiyyətli təhsil verməli bacarmalıdır. Ciddi pedoqoji problemlər qısa zamnda həll edilməlidir. Ciddi təhsil problemlərin qrantlarla  maliyələşdirməlidir. Əks halda, pul xərclənər, amma təhsil düzəlməz. 9 ballı şkalanın taleyin, krikulumu, Baloniyanı yadımızdan çıxarmayaq”.

Sevinc Qarayeva

 





13.10.2022    çap et  çap et