525.Az

"Bir də görürsən kiminsə yuxusu qaçıb, gəlib oturub bulvarda"


 

Bakıdakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun müsahibəsi

"Bir də görürsən kiminsə yuxusu qaçıb, gəlib oturub bulvarda"<b style="color:red"></b>

- Dənizkənarı Bulvar İdarəsində hansı yeniliklər gözlənilir?

- Dənizkənarı bulvar iki istiqamətdən - həm Dəniz vağzalından " şəhər" adlanan yeni bulvara qədər, həm Dövlət Bayrağı Meydanından Bibiheybət məscidi istiqamətində inşa olunmaqdadır. 2008-ci ildə bulvarın uzunluğu 4 kilometrə yaxın idisə, bu gün bulvar 6 kilometr uzunluqdadır. Hazırda bulvar üçün inşa olunan ərazilər hələ ki, rəsmən Bulvar İdarəsinə verilmədiyi üçün orada nələrin olduğu, nələrin olacağı barədə danışmağım bir qədər çətindir. Orada işlər gedir. Ayrı-ayrı dövlət qurumları orada əmlakın çıxarılması, söküntülərin aparılması sahil boyu bənd atma işləri ilə məşğuldur.

Amma məlumatım var ki, bulvarın istifadəyə verilmiş yeni hissələrində olduğu kimi genişlənən yeni ərazilərində üstünlük əsasən yaşıllıq sahələrinə veriləcək. Fransız dilindən tərcümədə bulvar sözünün mənası yaşıl sahə, yaşıl məkan, yaşıl zona deməkdir. Bulvara ona görə bulvar demək olar ki, onun yaşıl sahəsi çoxdur.

Bulvarın yeni ərazisində insanların rahat istirahət etmələri, əylənmələri üçün oturacaqlar, işıqlandırma sistemi, yeraltı sanitar qovşaqlar, eləcə Bulvar İdarəsinin əməkdaşları üçün yeraltı otaqlar tikilir. İşlərin böyük hissəsi 2015-ci ilin yayına qədər sona çatmalıdır. Çünki 2015-ci ildə Azərbaycanda Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Xarici qonaqların, turistlərin, idmançıların yerləşdiyi əsas yer paytaxtın Neftçilər prospekti boyu beşulduzlu mehmanxanalar daima hərəkət etdikləri yer, təbii ki, bulvar ərazisi olacaq.

Bulvarın artırılan ərazilərində yeni texnologiyalarla hazırlanmış attraksionların, karusellərin olması mütləqdir. İdarəmizin əməkdaşları inkişaf etmiş Avropa ölkələrində olurlar. O ölkələrdə qeyri-adi, maraqlı görürlərsə, biz onu Bakı bulvarının ərazisində tətbiq etməyə çalışırıq. Bəzən sahibkarların yaxşı təklifi olanda ona da diqqət yetiririk.

- Bakı bulvarında bahalıqdan narazılıqlar var...

- Qiymətlər haqqında söhbət hər il yay mövsümündə şişirdilir. Bu da təbiidir. Çünki yay mövsümündə əhalinin əksər hissəsi bulvara gəlir. Təbii ki, insan çox olanda alış-veriş çox olur. Əsasən çaya digər sərinləşdirici içkilərə böyük tələbat olur. Bu mövzu hər yay mövsümündə qabarır.

Azərbaycanda qiymətləri bazar iqtisadiyyatı tənzimləyir. Xüsusi əmr yoxdur ki, nəyi neçəyə satmaq olar, ya olmaz. Bulvarda təklif olunan yeyinti məhsullarının, attraksion karusellərin qiymətini Tarif Şurası müəyyən etmir. Buna bazar sahibkar özü qiymət qoyur. Amma bu o demək deyil ki, sahibkar istədiyi qiyməti qoya bilər. Şübhəsiz ki, qiymətlərə dövlət qurumları, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti nəzarət edir. Ümumiyyətlə götürdükdə isə Dənizkənarı Bulvar İdarəsi öz ərazisində hər şeyə nəzarət edir müdaxilə etməyə ixtiyarı var. Amma bizim idarə qiymətləri artıran azaldan qurum olmadığından sahibkara əmr formasında təsir göstərə bilmərik.

- Bulvar İdarəsi nəyə nəzarət edir?

- Hər bir satış obyektində - istər kafe, istər restoran, istərsə köşk olsun - satılan hər bir məmulatın ədədinə, çəkisinə, litrinə görə qiyməti malın üzərində mütləq olmalıdır. Əgər qiymət yazılmırsa, deməli, sahibkar qanunu pozur. Əgər malın üzərində qiymət qoyulubsa, alıcının heç bir şikayəti ola bilməz. Alıcı ancaq seçim edə bilər ki, həmin məmulatı bu qiymətə almaq ona sərf edər, ya yox. Əgər bulvar ərazisində fəaliyyət göstərən restoran, kafe çayxanalarda kimsə nəyəsə məcbur edilirsə, məsələn, deyilirsə ki, çayı alırsansa yanında mütləq başqa nəsə almalısan, bu, qəti qadağandır. Buna qarşı daim mübarizə aparmışıq, bu gün aparırıq. Vətəndaşlara yeganə tövsiyəmiz odur ki, belə hallarla qarşılaşdıqda Dənizkənarı Bulvar İdarəsinin "Qaynar xətt" xidmətinə (mobil operatorlardan 055 282 70 00, şəhər nömrələrindən (012 480 18 36) müraciət etsinlər. Mobil operatorlardan gələn zənglərə mən özüm cavab verirəm. İdarənin elə bir yeri yoxdur ki, "Qaynar xətt"in nömrələri ora yazılmamış olsun. Qiymətlərə bağlı yol verilən qanunazidd hallara qarşı həmişə mübarizə aparmışıq aparırıq. İl ərzində bir neçə əməkdaş vətəndaşı aldatdığı üçün işdən azad olunub. Bu cür hallar ildən-ilə azalır.

Elə olur ki, gecə saat 3- bulvara gəlirəm. Bir görürsən kiminsə yuxusu qaçıb, gəlib oturub bulvarda "Qaynar xətt"ə zəng edir. Bildirirəm ki, gözləyin, gəlib yerində araşdırım. Gecə saat 3- hansı əməkdaşımı yuxudan oyadıb deyim ki, get bulvara?! Amma mən bu məsuliyyəti öz üzərimə götürmüşəm. Çünki dövlət mənə etimad göstərib, bu işi tapşırıb. Mənim borcumdur ki, şəhər sakinlərinin, qonaqların mədəni istirahətini təmin edim.

media forum

 





18.06.2014    çap et  çap et