525.Az

Azərbaycanın 6 universiteti dünya reytinqində


 

Azərbaycanın 6 universiteti dünya reytinqində<b style="color:red"></b>

Böyük Britaniyanın “Times Higher Education” nəşri dünya universitetlərinin növbəti reytinqini (World University Rankings 2023) açıqlayıb.

525.az xəbər verir ki, reytinqə 104 ölkə və region üzrə 1799 universitet daxil edilib. Bu ilki reytinqdə 15,5 milyondan çox tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil edilib və dünya üzrə 40000 alimin sorğu cavabları daxil edilib. Oksford Universiteti ardıcıl yeddinci ildir ki, reytinqə başçılıq edir. Reytinqin ilk 10-luğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub.

Reytinqin 1500+ sıralamasında Bakı Dövlət Universiteti yerləşib. Azərbaycanın daha bir neçə universiteti aşağıdakı ardıcıllıqla reytinqin “reportyorlar” kateqoriyasında yer alıb:

1.AzMİU
2. UNEC
3. Xəzər Universiteti
4.Naxçıvan Dövlət Universiteti
5. Qərbi Kaspi Universiteti

THE-nin arayışında qeyd olunur ki, reytinqə 526 universitet “reportyor” statusu ilə daxil olub. Yəni, onlar öz məlumatlarını təqdim edib, lakin bu məlumatlar yer  almaq üçün THE-nin uyğunluq meyarlarına cavab verməyib və yekun cədvəldə onlar “reportyor" kimi göstərilməyə razılaşıblar.

Sevinc Qarayeva
 

 





13.10.2022    çap et  çap et