525.Az

Finlandiya təhdid halında NATO-dan dəstək alacaq


 

Finlandiya təhdid halında NATO-dan dəstək alacaq<b style="color:red"></b>

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO-ya üzv olması üçün Türkiyə ilə danışıqların davam etdiyini açıqlayıb.

525.az "Euronews"a istinadən xəbər verir ki, yerli “YLE” televiziyasına danışan Haavisto ölkəsinin üzvlük prosesi ilə bağlı qiymətləndirmələr edib. Finlandiyanın üzvlük prosesi tamamlanmadan NATO-nun mühüm aktyorlarından dəstək almağa başladığını ifadə edən Haavisto: "Hələ NATO üzvü olmasaq da, Finlandiya üçün təhlükə yaranacağı təqdirdə tərəfdaşlarımızdan kömək alacağımıza inanıram", - deyib. Sentyabrda Baltik dənizində iki təbii qaz xəttində baş verən partlayışların Rusiya-Ukrayna müharibəsinin beynəlxalq sulara doğru genişlənə biləcəyini ortaya qoyduğunu ifadə edən Haavisto, Finlandiya da daxil olmaqla Baltikyanı ölkələrin mümkün təhdidləri ciddiyə aldığını və mühüm su yollarında nəzarətin artırıldığını bildirib. O, Finlandiyanın NATO-ya üzv olması üçün hələ lazımi razılığı almayan Türkiyə və Macarıstanla danışıqların davam etdiyini və Finlandiyanın müraciətinin Macarıstan parlamentində müzakirə edildiyini bildirib.

Qeyd edək ki, iyunun 28-də NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanmış, avqustun 26-da Finlandiyanın Vantaa şəhərində memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası keçirilmişdir.

Məhəmməd Tağıyev

 





13.10.2022    çap et  çap et