525.Az

İstilər daha çox can ala bilər


 

İstilər daha çox can ala bilər<b style="color:red"></b>

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə Birləşmiş Millətlər Təşkilatının birgə hazırladığı hesabatda “Yüksək temperatur, bu il başda Somali və Pakistan olmaqla bir çox ölkədə fəlakətləri daha da artıraraq, daha ölümcül bir gələcəyin xəbərçisi ola, daha ağır fəlakətlər və fövqəladə hallar baş verə bilər", - deyə qeyd edilib.

525.az xəbər verir ki , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) birgə “Hədsiz istilər: Gələcək isti dalğalarına hazır olun” adlı hesabat hazırlayıb. 

İsti dalğaların ən ölümcül fəlakətlərdən biri olduğu və şiddətinin getdikcə artdığı barədə xəbərdarlıq edilən hesabatda, iqlim dəyişikliyi səbəbiylə təkrarlana biləcək bu fəlakətlərin qarşısını almaq üçün vaxt itirmədən addımların atılmasının lazım olduğu vurğulanıb.

Malik Atilay

 





13.10.2022    çap et  çap et