525.Az

Vətən müharibəsinin xronikası: 14 oktyabr, 2020-ci il


 

Vətən müharibəsinin  xronikası: <b style="color:red">14 oktyabr, 2020-ci il</b>

(18-ci gün)

 

Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı tviterdə paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

lll

Prezident İlham Əliyev Fransanın "France 24" televiziya kanalına müsahibə verib.

lll

Ermənistanın növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

lll

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.

lll

Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

lll

Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarını ərazisini artilleriya atəşinə tutub.

lll

Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

lll

Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

lll

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

 





14.10.2022    çap et  çap et