525.Az

Gənclər Kitabxanası Əhməd Cavadla bağlı elektron baza təqdim edir


 

Gənclər Kitabxanası Əhməd Cavadla bağlı elektron baza təqdim edir<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq "Milli istiqlal şairi Əhməd Cavad" adlı elektron baza hazırlayıb.

"Milli istiqlal şairi Əhməd Cavad" adlı elektron bazada görkəmli şair, ictimai xadim Əhməd Cavadın 120 və 130 illik yubileylərinin keçirilməsi haqqında imzalanan Sərəncamların mətni, ədibin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer almışdır. Burada Əhməd Cavadın müəllifi olduğu əsərlər, dövrü mətbuatda çıxan məqalə və şeirləri,  dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələri haqqında məlumat verilib. Bazada Əhməd Cavad haqqında yazılan kitablar, məqalələr (Azərbaycan dili ilə yanaşı, türk və rus dillərində), dissertasiya və referatlar, sözlərinə bəstələnən müsiqi əsərləri də təqdim edilib.

Müstəqil dövlətimizin himnini yazan Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus dəsti-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri kimi üçrəngli bayrağımızın ay-ulduzunda "Çırpınırdı Qara dəniz", "Göygöl", "Susmaram" və s. şeirlərində və xalqımızın qəlbində əbədi məskən salaraq, həmişə yaşayacaq.

 





13.10.2022    çap et  çap et