525.Az

Qaçqın uşaqlar küçədə gecələməyə məcbur olublar


 

Qaçqın uşaqlar küçədə gecələməyə məcbur olublar<b style="color:red"></b>

Belçikada 18 yaşından kiçik olduğu üçün “sığınacaq axtaran” kateqoriyasındakı 21 nəfər qalmağa yer verilmədiyi üçün küçədə yatmaq məcburiyyətində qalıb.

525.az "ABC News"a istinadən xəbər verir ki, Belçikada sığınacaq axtaranların qəbulundan məsul federal qurum olan "Fedasil"in sığınacaq çatışmazlığı ilə bağlı bir ildən artıqdır davam edən böhran, son həftələrdə sığınacaq müraciətlərinin artması ilə yenidən şiddətlənib. Dünən 18 yaşından kiçik 21 nəfərlə bağlı son inkişaf Belçika mediasında geniş yer alıb. "Caritas İnternational Belgium" qeyri-hökumət təşkilatı dünən "Twitter" hesabından verdiyi açıqlamada: "Saat 19:30-dur. Nəzərinizə çatdırırıq ki, 21 uşaq üçün sığınacaq yoxdur. Onlar bu gecə küçədə yatırlar", - deyə bildirilib.

Qeyd edək ki, Belçika ukraynalılara tez bir zamanda qeydiyyatdan keçməyə, sonra onlara yaşamaq və işləmək icazəsi, təhsil və səhiyyə xidmətlərindən faydalanmaq hüququ, həmçinin sosial təminat, mənzil və dolanışıq müavinətləri vermişdi.

Məhəmməd Tağıyev

 





13.10.2022    çap et  çap et