525.Az

Elmira Süleymanova: "Ana və uşaq ölümləri məni narahat edir"


 

Elmira Süleymanova: "Ana və uşaq ölümləri məni narahat edir"<b style="color:red"></b>

"Milli insan hüquqları institutlarının parlament, dövlət qulluqçuları vətəndaş cəmiyyəti ilə əməkdaşlığı" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanda müsbət dəyişiklər uğurlar çoxdur: "Biz Milli Məclisə dövlət orqanlarına 460-dan çox təklif vermişik. Onların 60 faizi artıq həyata keçirilib. Azərbaycanda məni narahat edən əsas məsələlərdən biri ana uşaq ölümləridir. Çox təəssüflər olsun ki, biz bu cür xəbərləri tez-tez eşidirik. QİÇS xəstəliyi ilə bağlı vəziyyətdən çox narahatıq. Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı üç mini keçib. Düzdür bu xəstəliyin çarəsi hələlik tapılmayıb, ancaq qarşısını almaq üçün tədbirlər görmək olar".

Daha sonra tədbirdə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ofisinin Milli insan hüquqları institutları regional mexanizmlər bölməsinin rəhbərinin müavini Afərin Şahidzadə çıxış edib. O deyib ki, milli insan hüquqları institutları insanlar üçün əlçatan olmalıdır: "Hüquqları pozulan şəxslər həmin institutla rahat şəkildə əlaqə qura bilməli öz problemlərini çatdıra bilməlidirlər. Azərbaycanda bu qaydaya əməl edilir. Bundan əlavə, həmin institutlar müəyyən resurslara sahib olmalıdırlar ki, layihələr həyata keçirə, insanların hüquqlarını qoruya bilsin".

 





18.06.2014    çap et  çap et