Polşanın neft boru kəməri operatoru PERN ötən gecə Rusiyadan Avropaya xam neft daşıyan "Drujba" boru kəmərində sızma aşkar edildiyini açıqlayıb.
525.az xəbər verir ki, PERN-in verdiyi açıqlamaya görə, Plok şəhərindən təxminən 70 kilometr aralıda olan boru kəmərinin 1-ci xəttində aşkar edilən sızmanın səbəbi naməlum qalıb. Kəmərinin 2-ci xəttində və PERN-in boru kəməri infrastrukturunun digər elementlərində problem olmadığı bildirilib. Açıqlamada: "Hazırda bütün PERN xidmətləri (texniki, əməliyyat, daxili yanğın və ətraf mühitin mühafizəsi) belə hallar üçün nəzərdə tutulmuş alqoritmlərə uyğun fəaliyyət göstərir", - deyə vurğulanıb.
Qeyd edək ki, təxminən 5 500 kilometr uzunluğunda dünyanın ən böyük xam neft xətlərindən biri olan "Drujba" boru kəməri Ukrayna və Belarusiyadan keçərək Polşa və Almaniyaya, xəttin cənub hissəsi isə Çexiya və Macarıstana qədər uzanır.


Məhəmməd Tağıyev
çap et